Bank Of Baku

Bakıda külli miqdarda pirat CD və DVD disklər aşkarlanıb

Bakıda külli miqdarda pirat CD və DVD disklər aşkarlanıb
# 02 dekabr 2011 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakıda pirat CD və DVD disklər aşkarlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev 3019 ünvanında Polad Quliyevə məxsus mağazada aparılan yoxlama zamanı pirat audiovizual məhsullarının satıldığı aşkar edilib. Belə ki, yoxlama zamanı mağazada müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsullarının satıldığı müəyyən olunub.

Bununla əlaqədar mağazada aşkar edilmiş 255 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən P.Quliyevə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR