Bank Of Baku

Bakıda pirat audiovizual məhsulların satışının qarşısı alınıb

Bakıda pirat audiovizual məhsulların satışının qarşısı alınıb
# 05 dekabr 2011 16:01 (UTC +04:00)
Bakı - APA-Economics. Bakıda pirat audiovizual məhsulların satılmasının qarşısı alınıb.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, 14 ünvanında Eldar Allahverdiyevə məxsus mağazada aparılan yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunub.

Mağazada aşkar edilmiş 806 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Eldar Allahverdiyevə icrası məcburi göstəriş verilib.

Dövlət Xidməti istehlakçılara audiovizual məhsullar alarkən onların üzərində istehsalçı barədə müvafiq məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR