Bank Of Baku

Şirvanda amerikalı xanım sahibkarın gənc xanımlarla görüşü keçirilib

Şirvanda amerikalı xanım sahibkarın gənc xanımlarla görüşü keçirilib
# 06 dekabr 2011 13:34 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda amerikalı xanım sahibkar Alisa Morqanın gənc xanımlarla görüşü keçirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna tədbirin təşkilatçısı olan ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Mehdi Hüseynquluyev məlumat verib.

Onun sözlərinə görə, ABŞ səfirliyi internet marketinqi sahəsində uğur qazanmış Alisa Morqanın 1-11 dekabr tarixlərində Azərbaycana səfərinə dəstək verir. Alisa Morqa bundan əvvəl Şəki, Gəncə və İsmayıllıda olub. Bu gün isə xanım sahibkar Şirvan şəhərində yerləşən İREX şirkətinin Şirvan nümayəndəliyində gənc xanımlarla və sahibkarlarla karyera planlaşdırmasından və sahibkarlıqdan danışıb.

Alisa Morqa fəhlə immiqrant ailəsində doğulmasından, Stenford Universitetindəki təhsilindən və biznesdəki uğurlarından danışıb. O ümid etdiyini bildirib ki, öz hekayəsini bölüşməklə insanları tam potensialından istifadə etməyə ruhlandıracaq. Alisa Morqa Refleta.com onlayn istehlakçı məlumatlarının tətbiqi proqramının təsisçisi və icraçı direktorudur. Növbəti görüşlər Quba və Xaçmaz rayonlarında olacaq.

Görüşdə ABŞ səfirliyinin təhsil və mədəniyyət işləri üzrə müşaviri Kristofer Cons və İREX-in Azərbaycan nümayəndəliyinin direktoru Sara Henesi iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR