Bank Of Baku

Avropanın elektron kitab satıcıları “Apple” şirkəti ilə sövdələşmədə şübhəli bilinir

Avropanın elektron kitab satıcıları “Apple” şirkəti ilə sövdələşmədə şübhəli bilinir
# 07 dekabr 2011 08:03 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Komissiyası elektron kitab satışı ilə məşğul olan beynəlxalq nəşriyyat evləri ilə bağlı araşdırma aparmağa başlayıb. “APA-Economics”in xəbərinə görə, bu barədə komissiyanın yaydığı açıqlamada bildirilir.

Avropa Birliyinin ali icra orqanı “Hachette Livre” (“Lagardere Publishing”, Fransa), “Harper Collins” (“News Corp.”, ABŞ), “Simon & Schuster” (“CBS Corp.”, ABŞ), “Penguin” (“Pearson Group”, Böyük Britaniya) və “Verlagsgruppe Georg von Holzbrinck” (Almaniya) şirkətlərini “Apple” (ABŞ) korporasiyası ilə sövdələşmədə şübhəli bilir.

Araşdırmalara bu ilin martında bəzi nəşriyyat ofislərində aparılan yoxlamalardan sonra qərar verilib. Paralel analoji təhqiqatı Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın antiinhisar qurumu da aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR