Bank Of Baku

Azərbaycan indiyədək 11 min investisiya layihəsinin icrasına 700 mln. manat güzəştli kredit ayırıb

Azərbaycan indiyədək 11 min investisiya layihəsinin icrasına 700 mln. manat güzəştli kredit ayırıb
# 07 dekabr 2011 08:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) fəaliyyəti dövründə 11 min investisiya layihəsinin icrasına ümumilikdə 700 mln. manat həcmində güzəştli kredit verilib, nəticədə 95 minə yaxın yeni iş yeri açılıb.

«APA-Economics»in xəbərinə görə, bunu «Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər» mövzusunda bu gün Bakıda keçirilən konfransda çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün SKMF məcburi köçkün sahibkarlar tərəfindən təqdim olunmuş 660 investisiya layihəsinin icrasına 9,6 mln. manat güzəştli kredit ayırıb, bunun da nəticəsində 1 541 yeni iş yeri açılıb.

Ölkədə qadın sahibkarlara dövlət qayğısından danışan nazir bildirib ki, SKMF qadın sahibkarların təqdim etdiyi 1 447 layihənin icrasına 11,3 mln. manat güzəştli kredit ayırıb.

Ş.Mustafayev son 20 ildə bir çox sahələrdə aparılan islahatlardan və nəticədə ölkə iqtisadiyyatında baş verən inkişafdan da söz açıb. Nazir qeyd edib ki, son 7 il ərzində minimum əmək haqqı 9,4 dəfə, pensiyanın baza hissəsi isə 4,3 dəfə artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR