Bank Of Baku

SKMF Cəbrayıl rayonundan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Cəbrayıl rayonundan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 07 dekabr 2011 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunun 4 saylı qəsəbəsində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, Fond tərəfindən 4 saylı qəsəbə üzrə sahibkarlıq subyektlərindən kiçik quşçuluq təsərrüfatlarının yaradılması, kiçik həcmli çörək istehsalı müəssisəsinin yaradılması, kiçik həcmli un dəyirmanının tikilməsi, kiçik həcmli toxuculuq, tikişçilik və ya xalçaçılıq müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR