Bank Of Baku

ASK prezidenti İstanbulda keçirilən Ümumdünya Sahibkarlıq Sammitində iştirak edib

ASK prezidenti İstanbulda keçirilən Ümumdünya Sahibkarlıq Sammitində iştirak edib
# 07 dekabr 2011 08:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin (TOBB) prezidenti Rifat Hisarcioğlunun dəvəti ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İstanbulda Türkiyə baş naziri tərəfindən təşkil olunan «Sahibkarlıq, dəyərlər və inkişaf: Gündəlikdə duran qlobal məsələlər» mövzusunda sahibkarlıq üzrə II Ümumdünya Sammitində iştirak edib.

Konfederasiyadan «APA-Economics»ə verilən məlumata görə, dünyanın əksər ölkələrindən nümayəndələrin və eyni zamanda Türkiyə nazirlərinin iştirakı ilə keçirilən sammitdə Türkiyə parlamentinin sədri Cəmil Çiçək, iqtisadiyyat naziri Zəfər Çağlayan, ABŞ-ın vitze-prezidenti Co Bayden, baş nazirin müavini Əli Babacan, Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Sayed al-Mansuri çıxış ediblər.

Sammitin məqsədi sahibkarlıq mədəniyyətinin inkişafı, beynəlxalq əməkdaşlığın sahibkarlar tərəfindən dəstəklənməsi, mədəniyyətlərarası yaxınlaşma, sahibkarlıq sahələrindəki uğurlar barədə fikir mübadiləsinin aparılması, yeni texnoloji imkanların iqtisadiyyata inteqrasiyası, davamiyyətli inkişafa nail olmaq üçün yeni imkanların araşdırılması və uğurlu iqtisadi modellərin tətbiqi sahəsində görülən işlərin müzakirə olunmasıdır.

Sammit çərçivəsində ASK prezidenti M.Musayev TOBB-un prezidenti R.Hisarçıoğlu ilə görüş keçirib. Görüşdə hər iki təşkilat arasında mövcud əlaqələrin daha da genişləndirilməsi, Asiya və İslam ölkələrinin ticarət və sənaye palataları təşkilatlarına üzv olma, bu təşkilatların keçirdiyi beynəlxalq tədbirlərdə daha yaxından təmsil olmaq məsələləri barədə müzakirələr aparılıb.

M.Musayev yüksək templə inkişaf edən Azərbaycan iqtisadiyyatı, ölkədə yaradılmış investisiya mühiti, sahibkarlığın inkişafına zəmin yaradan beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradıldığı barədə ətraflı məlumat verərək, Azərbaycanda qarşılıqlı faydalı iş qurmağa, birgə fəaliyyət göstərməyə dəvət edib.

Qeyd edək ki, növbəti sammitin 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR