Bank Of Baku

Frenk Sinatranın evi 12 mln. dollara satışa çıxarılıb

Frenk Sinatranın evi 12 mln. dollara satışa çıxarılıb
# 07 dekabr 2011 10:16 (UTC +04:00)
Bakı - APA-Economics. Kaliforniyada bir zamanlar əfsanəvi müğənni Frenk Sinatraya məxsus olan kottec 12 mln. dollara satışa çıxarılıb.

APA-Economics”in “The Business Insider”ə istinadən xəbərinə görə, sahəsi 10 min kv. metrdən çox olan evdə bir zamanlar Sinatranın Merilin Monro və Pol Makkartni kimi dostları qonaq olub, Cudi Qarlend və Vinsent Minelli isə toylarını burada ediblər.

Sinatranın səs-küylü məclislər keçirdiyi bu ev 1940-cı illərdə tikilib. Burada 4 yataq otağı, 5 hamamı və 200 maşın üçün dayanacaq yeri car. Hollivud prodüserləri bəzi filmlərin çəkilişlərini bu evdə aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR