Bank Of Baku

® 160 saylı gimnaziya “Jalə Festivalı”nda iştirak edib - FOTOSESSİYA

<font color=red>® </font> 160 saylı gimnaziya “Jalə Festivalı”nda iştirak edib - <font color=red>FOTOSESSİYA</font>
# 10 dekabr 2011 10:28 (UTC +04:00)
Bakı - APA-Economics. Bakı şəhəri 160 saylı klassik gimnaziyanın şagird və müəllimləri üçün Qəbələ şəhərinə unudulmaz səyahət təşkil edilib.

APA-Economics”in xəbərinə görə, «Gilan Qəbələ Konserv Zavodu»nun 5-ci ildönümünə həsr edilmiş “Jalə Festivalı” çərçivəsində bu məktəbin nümayəndələri Qəbələ şəhərinə ekskursiyaya dəvət olunublar. Proqramın ən maraqlı cəhəti zavoda gəzintinin təşkil edilməsi olub.

«Gilan Qəbələ Konserv Zavodu» MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Tamilla Abdullayeva ekskursiya iştirakçılarına «Gilan Qəbələ Konserv Zavodu»nun istehsal gücünə görə Cənubi Qafqazda ən böyük zavod hesab edilməsi və ekoloji cəhətdən təmiz, gözəl qablaşdırılmış , orijinal dizayn və çeşidlərinin çoxluğu ilə seçilən 100% təbii şirələr, konsentratlar və nektarlar istehsal etməsi haqqında məlumat verib.

Səfər iştirakçıları xammalın yığılması və qəbul edilməsindən başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər istehsal prosesinin bütün mərhələləri ilə ətraflı surətdə tanış olublar. Zavoda ekskursiya zamanı 160 saylı klassik gimnaziyanın şagird və müəllimləri istehsal prosesində istifadə edilən meyvələrin saxlandığı soyuducu kameraları gəzərək, heyva, alma, nar, armud və digər seçmə meyvələrin valehedici ətrinə heyran olublar. Sonra uşaqlara meyvə şirələri və nektarların, püre və konsentratların istehsalının, o cümlədən konservlərin və doğranmış meyvələrin istehsalının texnologiyası tam şəkildə nümayiş etdirilib.

Ekskursiya iştirakçıları 7 istehsal xətti ilə tanış olub, bizə Albalı, Alma, Ananas, Armud, Banan, Böyürtkən, Çaytikanı, Çiyələk, Ərik, Feyxoa, Gavalı, Göyəm, Heyva, Nar, Portağal, Qara qarağat, Şaftalı, Pomidor, Üzüm, Zoğal kimi meyvələrin ləzzətini bəxş edən “Jalə”, “Natura” və “Zolotoy sad” təbii şirələrinin, o cümlədən “Multivitaminin” meyvələrin 100% təbiiliyini saxlayaraq, şüşə qabda və Tetra Pak qablarda istehsal xətlərini əyani şəkildə görüblər. Qəbələ Konserv Zavodunun texnikanın son nailiyyətləri ilə təchiz olunmuş laboratoriyası buraxılan məhsulların keyfiyyətini ciddi nəzarət altında saxlayır: bu laboratoriyada analizdən keçən bütün məhsullar 100% təbii, qatışıqsız və konservantsızdır.

«Gilan Qəbələ Konserv Zavodu»nu gəzəndən sonra səfər iştirakçılarına “Qafqaz Resort Hotel Qabala” otelində furşet təşkil edilib. Burada hamı «Qəbələ konserv zavodu Gilan» tərəfindən istehsal edilən “Jalə”, “Natura” və “Zolotoy sad” təbii şirələrinin nə qədər dadlı olduğuna bir daha əmin olub.

«Gilan Qəbələ Konserv Zavodu»nun rəhbərliyi səfərin bütün iştirakçılarına yaxınlaşmaqda olan 2012-ci ildə uğurlar arzulamış və qeyd edib ki, «Qəbələ konserv zavodu Gilan» MMC-nin əsas prinsipi həmişə olduğu kimi xalqımızı keyfiyyətli məhsullarla təmin etmək və Azərbaycanın dünya bazarında şöhrət qazanmasına nail olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR