Bank Of Baku

Audiovizual məhsullar bazarında monitorinqlər davam etdirilir

Audiovizual məhsullar bazarında monitorinqlər davam etdirilir
# 10 dekabr 2011 10:49 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən audiovizual sənaye məhsullarının satışının qanunauyğunluğunun yoxlanılması ilə bağlı araşdırmalar davam etdirilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi, 11A ünvanında Rauf Nəcəfova məxsus mağazada aparılan yoxlama zamanı pirat audiovizual məhsullarının satıldığı aşkar edilib.

Yoxlama zamanı mağazada müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilib, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsullarının satıldığı müəyyən olunub.

Mağazada aşkar edilmiş 703 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Rauf Nəcəfova icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR