Bank Of Baku

® “Zəfəran” apteklərində pulsuz həkim konsultasiyası keçiriləcək – FOTOSESSİYA

<font color=red>® </font> “Zəfəran” apteklərində pulsuz həkim konsultasiyası keçiriləcək – <font color=red>FOTOSESSİYA</font>
# 12 dekabr 2011 08:49 (UTC +04:00)
Şəbəkədən “APA-Economics”ə verilən məlumata görə, alıcılar həkim tərəfindən dərman preparatlarının tətbiqi və xəstəliklərin profilaktikası üçün ən yeni metodlar barədə konsultasiya ala biləcəklər.

Konsultasiyalar “Zəfəran” apteklər şəbəkəsinin aşağıdakı ünvanlarında keçiriləcək: 13 dekabr - Məhəmməd Hadi küç, 23 (Əhmədli), 14 dekabr - Teymur Elçin küç, 4 (İçərişəhər), 20 dekabr - Nizami küç, 66 (Sahil) və 21 dekabr - Azadlıq prospekti, 92 (28 may).

Müştərilərin qəbul saatları saat 09.00-dan 18.00-a qədər aparılacaq. Əlavə məlumat üçün * 88 11 (şəhər və istənilən mobil telefonlardan) qaynar xəttinə müraciət etmək olar.

Qeyd edək ki, Azərbaycanın ən böyük apteklər şəbəkəsi olan “Zəfəran”ın digər şöbələrində də bu cür aksiyaların keçirilməsi nəzərdə tutulub.

Əsası 2008-ci ilin dekabrında qoyulmuş “Zəfəran” apteklər şəbəkəsi Bakı və Azərbaycanın regionlarında fəaliyyət göstərir. Aptekin rahat yerləşməsi, yüksək səviyyəli xidmət, geniş seçim, əczaçıların peşəkar konsultasiyaları alıcılar arasında «Zəfəran» apteklər şəbəkəsinə olan inama səbəbdir. Bu gün «Zəfəran» apteklər şəbəkəsinə aparıcı ölkələrdən gələn eksklüziv dərman preparatlarını geniş təmsil edən 60 aptek daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR