Bank Of Baku

Bakıda biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 12 dekabr 2011 10:39 (UTC +04:00)
Bakı – APA. Bakıda “Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: dünya ölkələrində qazanılmış təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, dekabrın 13-dən 15-dək keçiriləcək beynəlxlaq konfrans “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunur. Əsas məqsəd biznes inkubatorlarının fəaliyyəti sahəsində beynəlxalq təcrübəni öyrənərək, Azərbaycanda bu sahənin yaradılmasının perspektivlərini müzakirə etmək, o cümlədən bu prossesə gəncləri cəlb etməkdir.

Konfransda Almaniya, Polşa, Rumıniya, Bolqariya, Montoneqro, Ukrayna və Belarus təcrübəsi təqdim olunacaq, biznes inkubatorların fəaliyyətinə dair fikir mübadilələri aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR