Bank Of Baku

Bakıda gənclərin mobil sahibkarlığı mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda gənclərin mobil sahibkarlığı mövzusunda beynəlxalq konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 13 dekabr 2011 09:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda “Biznes inkubatorlarının fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: dünya ölkələrində qazanılmış təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

APA-Economics”in xəbərinə görə, konfransda dövlət orqanları, beynəlxalq təşkilatlar, yerli özəl qurumlar və ictimai təşkilatlarının nümayəndələri Azərbaycanda gənc sahibkarlığın inkişafı məsələsini müzakirə edir.

Tədbirdə çıxış edən Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, konfransda gənclərin mobil sahibkarlığı və biznes inkubatorlarının yaradılması istiqamətində təqdimatlar keçiriləcək, bu təcrübənin Azərbaycanda tətbiqi, o cümlədən gənclər üçün biznes inkubatorlarının yaradılması müzakirə olunacaq. Müzakirələrin nəticəsi olaraq Azərbaycanda müxtəlif ali təhsil müəssisələrinin bazasında gənc sahibkarların İKT sahəsində müxtəlif biznes ideyalarını reallaşdırmaq üçün şərait yaradılacaq.

Nazir müavini qeyd edib ki, biznes inkubatorlarının yaradılması “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında da nəzərdə tutulub: “Biznes inkubatorları müxtəlif xarakterli olacaq, gələcəkdə isə onların sayının artacağına və daha çox sahibkarı əhatə edəcəyinə ümid edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR