Bank Of Baku

Qazaxda «Bacarıqların inkişaf etdirilməsi» mövzusunda treninq keçirilib

Qazaxda «Bacarıqların inkişaf etdirilməsi» mövzusunda treninq keçirilib
# 13 dekabr 2011 09:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar üçün «Bacarıqların inkişaf etdirilməsi» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən gənclər iştirak edib.

Treninqdə sahibkarlara idarəetmənin əsasları, idarəetmə qərarlarının qəbul edilməsi mexanizmi, rəhbərlik üslubu, innovasiyaların idarəetmədə tətbiqi, və s. barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR