Bank Of Baku

Zaqatalada «Fındıq məhsullarının emalında və ixracında beynəlxalq tələblər və standartlar» mövzusunda seminar keçirilib

Zaqatalada «Fındıq məhsullarının emalında və ixracında beynəlxalq tələblər və standartlar» mövzusunda seminar keçirilib
# 14 dekabr 2011 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində Zaqatalada Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə «Fındıq məhsullarının emalında və ixracında beynəlxalq tələblər və standartlar» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edən seminarda aidiyyəti dövlət orqanlarının mütəxəssisləri, eləcə də fındıq istehsalı və ixracı ilə məşğul olan sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev yerli məhsulların keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyinin təmin edilməsi, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, müəssisələrdə beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin tətbiqi və s. istiqamətlərdə görülmüş işlər barədə məlumat verib, həmçinin bu sahədə maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

GİZ tərəfindən dəvət olunmuş xarici ekspertlər fındığın yetişdirilməsi, toplanması, saxlanması, emalı, qablaşdırılması, etiketlənməsi və ixracı zamanı Avropa İttifaqının müvafiq sahədəki tələbləri və standartları mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR