Bank Of Baku

SKMF gələn il sahibkarlara 200 mln. manat həcmində güzəştli kreditlər ayıracaq

SKMF gələn il sahibkarlara 200 mln. manat həcmində güzəştli kreditlər ayıracaq
# 15 dekabr 2011 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Gələn il İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlara investisiya layihələrinin maliyyələşdirilməsi üçün 200 mln. manat güzəştli kreditlər verəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, vəsaitin 90 mln. manatı dövlət büdcəsindən, 110 mln. manatı isə geri qaytarılan vəsaitlər hesabına təmin olacaq: “Əgər 2008-ci ildə geri qaytarılan kreditlərin həcmi 23 mln. manat idisə, 2011-ci ildə bu göstərici 104 mln. manata çatıb”.

Ş.Abdullayev deyib ki, bu il sahibkarlara 136 mln. manata yaxın kreditlər ayrılıb ki, bunun da 25%-i Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib: “Gələn il Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilən kreditlərin həcmi bir qədər də artırılacaq, əsasən südlük, ətçilik və s. müəssisələrinin yaradılmasına diqqət yetiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR