Bank Of Baku

Azərbaycanda “Eurovision-2012” müsabiqəsinə hazırlıqla bağlı 3 suvenir istehsalı layihəsinə kredit ayrılıb

Azərbaycanda “Eurovision-2012” müsabiqəsinə hazırlıqla bağlı 3 suvenir istehsalı layihəsinə kredit ayrılıb
# 15 dekabr 2011 08:52 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq kiçik və orta ölçülü xalçaların istehsalı ilə bağlı 3 investisiya layihəsinin maliyyələşdirilməsinə başlanıb.

Bundan başqa, 130-dan artıq investisiya layihəsinin maliyyələşdirilməsinə dair təkliflər üzrə danışıqlar aparılır: “Öz növbəsində fond tərəfindən bu mövzuda sahibkarlarla görüşlər keçirilir”.

Xatırladaq ki, SKMF son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının keçirildiyini, Azərbaycana gələn turistlərin ildən-ilə artdığını, eləcə də “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçiriləcəyini nəzərə alaraq, Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının (tikiş, toxuma, heykəltəraşlıq, oyma sənəti nümunələri, aksesuarlar və s.) istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu elan edib.

İnvestisiya layihəsi çərçivəsində görüləcək işlərə dair tövsiyələrə Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının istehsalının, qablaşdırılmasının və satışının təşkil olunması, investisiya layihəsi çərçivəsində suvenirlərin istehsalında yüksək dizayn xidmətlərinin təşkili daxildir. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR