Bank Of Baku

Yevlaxda «İşgüzar əlaqələr» və «İşgüzar etika» mövzularında treninq keçirilib

Yevlaxda «İşgüzar əlaqələr» və «İşgüzar etika» mövzularında treninq keçirilib
# 15 dekabr 2011 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə Yevlaxda sahibkarlar üçün «İşgüzar əlaqələr» və «İşgüzar etika» mövzularında treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqdə yüksək keyfiyyətli məhsul istehsalı və satışın təmin edilməsi üçün işgüzar əlaqələrin qurulması, etik prinsiplər və normalar, şəffaflığın artırılması, işgüzar ünsiyyətin təşkili və s. barədə sahibkarlara ətraflı məlumat verilib.

Tədbir iştirakçılarına Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR