Bank Of Baku

Lənkəranda «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib

Lənkəranda «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib
# 15 dekabr 2011 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlar üçün «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən gənclər iştirak edib.

Treninqdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə sahibkarlara ətraflı məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR