Bank Of Baku

Bakıda bayram yarmarkaları keçiriləcək

Bakıda bayram yarmarkaları keçiriləcək
# 20 dekabr 2011 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yeni il bayramı ilə əlaqədar Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq mallarına tələbatı artır: «Bunu nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakının müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək».

İstehlakçılar bu yarmarkalarda müxtəlif ərzaq mallarını daha ucuz qiymətə əldə edə biləcək.

Yarmarkaların təşkil ediləcəyi tarixlər və ünvanlar barədə əlavə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR