Bank Of Baku

Rusiyalı milyarderin qızı Nyu-Yorkda rekord qiymətə ev alıb

Rusiyalı milyarderin qızı Nyu-Yorkda rekord qiymətə ev alıb
# 20 dekabr 2011 15:49 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyalı milyarder Dmitri Rıbolovlevin qızı Yekaterina Rıbolovleva 88 mln. dollar ödəməklə Nyu-Yorkda mənzil sahibi olub.

APA-Economics”in xəbərinə görə, ABŞ mətbuatı bunu Manhettenin daşınmaz əmlak bazarında ən bahalı sövdələşmə adlandırıb. Manhettendə daşınmaz əmlak bazarında sonuncu rekord göstərici 2003-cü ildə qeydə alınıb - 53 mln. dollar.

Hazırda ABŞ universitetlərinin birində təhsil alan Y.Rıbolovlevanın nümayəndəsi “RİA Novosti”yə bildirib ki, Yekaterina Nyu-Yorka səfərləri zamanı bu evdə qalacaq. Rusiyada anadan olan Y.Rıbolovleva son 15 ili İsveçrə və Monakoda yaşayıb.

Məşhur arxitektor Robert Sternin layihəsi əsasında 2006-2008-ci illərdə tikilmiş evin pəncərələri Manhettenin Mərkəzi parkına açılır. Evdə on otaq, 7 qarderob, kitabxana, barı olan iş otağı var. Ümumi sahəsi 600 kv. metr olan evin 200 kv. metrlik həyəti də var.

Dünyanın ən varlı adamlarının reytinqində 93-cü yerdə qərarlaşan Dmitri Rıbolovlevin sərvəti 9,5 mlrd. dollar həcmində qiymətləndirilir. O, 2008-ci ildə məşhur milyarder Donald Trampın Floridadakı mülkünü 95 mln. dollara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR