Bakıda «Azərbaycanda korporativ idarəetmə üzrə qiymətləndirici alətin işlənməsi» mövzusunda seminar keçirilib
Seminarda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə bildirib ki, bu ilin əvvəlində Nazirlik tərəfindən Azərbaycanda Korporativ İdarəetmə Standartları hazırlanıb və yerli şirkətlərə bu standartlar haqqında məlumat verilib: «Korporativ idarəetmə sahəsində görülən işlərin məntiqi davamı olaraq yerli şirkətlər tərəfindən Azərbaycanda Korporativ İdarəetmə Standartlarının tətbiqinin təşviqi və bu sahədə vəziyyətin öyrənilməsi məqsədilə aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə «Azərbaycan şirkətlərində korporativ idarəetmənin təşkilinin qiymətləndirilməsi metodologiyası» (skorkart) hazırlanıb. Sənəd hazırlanarkən müvafiq qurumların və Qlobal Korporativ İdarəetmə Forumunun təklifləri nəzərə alınıb. Metodologiya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Korporativ İdarəetmə Prinsipləri və Azərbaycanda Korporativ İdarəetmə Standartlarının əsasında hazırlanıb».
A.Hacızadə onu da qeyd edib ki, sənəddə şirkətlərdə korporativ idarəetmənin qiymətləndirilməsi üzrə meyarlar (korporativ idarəetmə prinsiplərinə əməl etmə, səhmdarların hüquqları, səhmdarlara eyni yanaşma, məlumatların açıqlanması və şəffaflıq və s.) və bu meyarların qiymətləndirilməsi metodu nəzərdə tutulur: «Qeyd edilən meyarlar əsasında tərtib edilən suallar bülleten formasında İqtisadi İnkişaf Nazirliyinin veb-səhifəsində yerləşdiriləcək. Şirkətlər könüllü şəkildə həmin bülletenlərdə göstərilən sualları cavablandırmaqla, elektron poçt vasitəsilə Nazirliyə təqdim edəcək. Son mərhələdə bu bülletenlər əsasında həmin şirkətlərdə korporativ idarəetmə vəziyyəti müəyyən ediləcək».
Tədbirdə çıxış edən Qlobal Korporativ İdarəetmə Forumunun Özəl Sektor üzrə Məsləhət Xidməti Qrupunun sədr müavini Kristian Strenger bildirib ki, skortkartdan istifadə qabaqcıl korporativ idarəetmə təcrübələrinin tətbiqinə bir çox ölkələr üçün mühüm rol oynayır: «Azərbaycanda skorkartın effektiv tətbiqi hökumətə və sahibkarlara ölkənin biznes mühitinin yaxşılaşdırılmasına kömək edəcək».
Qeyd edək ki, geniş məqsədli bu alət şirkətlərə, investorlara və tənzimləyici orqanlara Azərbaycanda korporativ idarəetmənin səviyyəsini və dəyişiklikləri sistematik qaydada qiymətləndirmək imkanını yaradacaq.
Xatırladaq ki, Azərbaycan 1995-ci ildən IFC ilə əməkdaşlıq edir. Cari ilin oktyabrın 1-nə olan məlumata əsasən, IFC Azərbaycana 139 mln. ABŞ dolları həcmində investisiya ayırıb. IFC-nin Azərbaycan Korporativ İdarəetmə Layihəsi İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilir.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB