Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Xətai rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Xətai rayonunda investisiya layihələrinin qəbuluna başlayıb
# 21 dekabr 2011 10:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Xətai rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonu üzrə müasir çörək istehsalı müəssisəsinin və kiçik həcmli toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması məqsədəuyğun hesab olunub.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR