Bank Of Baku

AKİL layihəsinin rəhbəri: “Yaxın illərdə Azərbaycan korporativ idarəetmə sahəsində qabaqcıl ölkəyə çevrilə bilər”

AKİL layihəsinin rəhbəri: “Yaxın illərdə Azərbaycan korporativ idarəetmə sahəsində qabaqcıl ölkəyə çevrilə bilər”
# 22 dekabr 2011 09:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Son illər Azərbaycan korporativ idarəetmə sahəsində yaxşı nəticələrə nail olub. “APA-Economics”in xəbərinə görə, bu barədə “Azərbaycanda Korporativ İdarəetmə Layihəsi”nin (AKİL) rəhbəri Karolina Brayt bildirib.

Onun sözlərinə görə, korporativ idarəetmə sahəsi çox gənc sahədir: “Dünyada korporativ idarəetmə sahəsində ilk standartlar 1992-ci ildə Böyük Britaniya tərəfindən qəbul olunub. 20 il sonra Azərbaycanın bu standartları qəbul etməsi böyük nəticədir”.

K.Brayt qeyd edib ki, yaxın bir neçə ildə Azərbaycan korporativ idarəetmə sahəsində qabaqcıl ölkəyə çevrilə bilər: “Azərbaycanda korporativ idarəetməni keyfiyyətli şəkildə tətbiq etmək istəyənlər, layihənin sona çatmasına baxmayaraq, bu sahəni irəliyə aparacaq insanlar var. İstərdik ki, bu sahədə davam işlər davam etdirilsin, yeni qanunvericilik aktları qəbul edilsin”.

Qeyd edək ki, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2005-2011-ci illərdə Azərbaycanda AKİL layihəsini həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR