Bank Of Baku

Qazaxda «Korporativ idarəetmə» mövzusunda treninq keçirilib

Qazaxda «Korporativ idarəetmə» mövzusunda treninq keçirilib
# 22 dekabr 2011 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda fəaliyyət göstərən sahibkarlar üçün «Korporativ idarəetmə» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqdə iştirakçılara Azərbaycanın korporativ idarəetmə standartları, korporativ idarəetmənin mahiyyəti, prinsipləri və metodları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, səhmdarların hüquq və vəzifələri və s. barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR