Bank Of Baku

Ziyad Səmədzadə: «Azərbaycanda şirkətlərin korporativ sosial məsuliyyətlə bağlı fəaliyyəti araşdırılmalıdır»

Ziyad Səmədzadə: «Azərbaycanda şirkətlərin korporativ sosial məsuliyyətlə bağlı fəaliyyəti araşdırılmalıdır»
# 22 dekabr 2011 15:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycandakı şirkət və təşkilatlarda korporativ sosial məsuliyyətlə bağlı fəaliyyətinin araşdırılması üçün monitorinqlər aparılmalıdır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Z.Səmədzadə deyib ki, korporativ sosial məsuliyyətin formalaşması hökuməti vergi güzəştlərinə və digər iqtisadi mexanizmlərə baxmağa vadar edə bilər: «Bununla da bütövlükdə iqtisadi mühit yaxşılaşar, sahibkar dövlətin, xalqın maraqlarını nəzərə alar, həm vergisini ödəyər, həm də ətraf mühitin qorunmasına və digər sosial layihələrin həyata keçirilməsinə vəsait ayırar».

Z.Səmədzadənin fikrincə, sahibkarlar korporativ sosial məsuliyyətlə bağlı fəaliyyətlərinin monitorinqini aparmaqla özlərinə hesabat vermiş olarlar: «Məsələ çox aktualdır. Ancaq bir neçə məsləhətləşmədən sonra bütövlükdə vətəndaş cəmiyyətinin qurulmasına xidmət edəcək, korporativ sosial məsuliyyətin idarəetmə mexanizmini yarada biləcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR