Bank Of Baku

Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti Ağsuda zona müşavirəsi keçirib

Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti Ağsuda zona müşavirəsi keçirib
# 22 dekabr 2011 15:56 (UTC +04:00)
Ağsu, Elvin Yaqubov - APA. Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün Ağsu rayonunda zona müşavirəsi keçirilib.

APA-nın məlumatına görə Ağsu, Şamaxı, Kürdəmir və İsmayıllı rayonlarında fəaliyyət göstərən 50-yə yaxın sahibkarın iştirak etdiyi tədbirdə xidmətin sektor müdiri Natiq Dünyamalıyev, məsul işçilər Rövşən Əmircanov və Söhrab Hüseynov çıxış edib.

Sahibkarlara “Qiymətli metallar və daşlar haqqında” qanunun, “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın tələblərinə əməl edilməsi ilə bağlı izahat işləri aparılıb, qiymətli metalların və daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində qüvvədə olan normativ-hüquqi sənədlər haqda məlumat verilib, cari ildə həyata keçirilən əyar nəzarəti tədbirləri zamanı yol verilən nöqsanların təhlili aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR