Bank Of Baku

Saxlama müddəti ötmüş 360 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 360 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 26 dekabr 2011 15:59 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, monitorinq zamanı Bakının Sabunçu rayonunda Bakıxanov qəsəbəsindəki “Sultan” market”də və “Bizim market”də, Xətai rayonunda R.Bağırov küçəsi, ev 1 ünvanında yerləşən “Şamo market”də, Oqtay Vəliyev küçəsi, 2284-cü məhəllədəki “Ulduz market”də, N.Tusi küçəsindəki “Home market”də, Binəqədi rayonunda M.Cəlal küçəsindəki “Gold market”də və “Fərid market”də, H.Babaşov küçəsi, 11 ünvanında yerləşən “Xalis-A market”də, Nəsimi rayonunda A.Məhərrəmov küçəsindəki “Zərin market”də və Bəxtiyar Allahyarzadəyə məxsus mağazada, Yasamal rayonunda B.Məcidov küçəsi, ev 24 ünvanındakı “Ucuz market”də, Masallı rayonunda Binə-Xocavar kəndində, Xaliq İbrahimova məxsus mağazada, Gəncə şəhərində N.Nərimanov prospektində Gəncəli Məmmədovaya məxsus mağazada, Yeni Gəncə qəsəbəsi 14a ünvanında Qədir Tarvediyeva məxsus mağazada ümumi çəkisi 360 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR