Bank Of Baku

Çelyabinsk vilayətinin hökuməti Azərbaycan investorlarına güzəştlər təqdim edəcək

Çelyabinsk vilayətinin hökuməti Azərbaycan investorlarına güzəştlər təqdim edəcək
# 05 yanvar 2012 09:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın Çelyabinsk vilayətinin hökuməti Azərbaycan şirkətləri və iş adamlarına bu vilayətin iqtisadiyyatına investisiya yatırmağı təklif edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan və Çelyabinsk vilayəti arasında müştərək müəssisələrin qurulması, ticarət palatalarının yaradılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı, elm, innovasiya, texnologiya, təhsil və turizm və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsi üçün investorlara dəstək proqramları və güzəştləri təklif edir.

Güzəşt və dəstək proqramlarına tikinti-mühəndislik infrastrukturu üçün təyin olunmuş regional büdcədən birgə maliyyələşdirmələr üçün ayırmalar, investisiya layihələrinin həyata keçirilməsi üçün dövlət zəmanəti, istehsalın yerləşdirilməsi üçün şəxsi mülkiyyətə keçirilmə şərti ilə torpaq sahəsinin ayrılmasına dəstək, icazə üçün sənədləşdirmə işlərinin həyata keçirilməsində inzibati dəstək, regional büdcəyə köçürülən əmlak və gəlir vergiləri üzrə güzəştlərin tətbiqi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR