Bank Of Baku

“Kodak” şirkəti iflas həddinə çatıb

“Kodak” şirkəti iflas həddinə çatıb
# 05 yanvar 2012 15:27 (UTC +04:00)
Bakı - APA-Economics. “Kodak” şirkəti yaxın bir neçə həftə ərzində ABŞ-ın “Müflis olmaq haqqında” Kodeksinin 11-ci fəslinə (“Chapter 11”) uyğun olaraq kreditorlardan müdafiə haqqında ərizə verəcək.

APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, şirkətin iflas prosedurundan yayınmaq üçün altı şansı var.

Lakin “Kodak”da artıq “Chapter 11”-in himayəsi altında işləməyə hazırlaşırlar. Hazırda 19 min nəfər əməkdaşı olan şirkətin fevralın əvvəlində iflas elan edəcəyi gözlənilir.

ABŞ qanunvericiliyinə əsasən, müflis olduğunu elan edən şirkət “Chapter 11”-in himayəsi altında fəaliyyət göstərə və müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilər.

Qeyd edək ki, “Kodak” 1980-1990-cı illərdə fotoaparat və plyonka istehsalı sahəsində aparıcı şirkətlərdən biri olub. Hətta 1975-ci ildə ilk rəqəmli fotoaparatı da bu şirkət buraxıb, lakin bundan əhəmiyyətli dərəcədə gəlir əldə edə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR