Bank Of Baku

SKMF-in fəaliyyəti dövründə sahibkarlara 720 mln. manata yaxın güzəştli kreditlər verilib

SKMF-in fəaliyyəti dövründə sahibkarlara 720 mln. manata yaxın güzəştli kreditlər verilib
# 06 yanvar 2012 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) fəaliyyəti tarixində ilk dəfə olaraq ən çox güzəştli kredit verilib ki, kreditlərin ümumi həcmi 138 mln. manat təşkil edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində sözügedən güzəştli kreditlərdən 1 643 sahibkar yararlanıb. Verilmiş kreditlərin 25%-ni dövlət büdcəsindən ayırmalar, 75%-ni isə geri qaytarılan vəsaitlər təşkil edib. Güzəştli qaydada maliyyələşdirilən investisiya layihələrinin 75%-i regionların, 25%-i isə Bakı qəsəbələrinin payına düşüb. Bu investisiya layihələrinin reallaşması 6 500-dək yeni iş yerinin yaradılmasına imkan verəcək.

Eyni zamanda 2011-ci ildə SKMF tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan 162 məcburi köçkünə 5,9 mln. manat güzəştli kredit ayrılıb.

«Fond tərəfindən ötən il verilmiş güzəştli kreditlərin 118 mln. manatı yeni texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur layihəsinin icrasına yönəldilib. Güzəştli kreditlərdən istifadə olunmaqla, 2011-ci ildə 33 infrastruktur, istehsal və emal müəssisəsi fəaliyyətə başlayıb. Bu il daha 96 belə müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur», - deyə nazirlikdən bildirilib.

Ötən il ərzində ölkənin regionlarında və Bakı qəsəbələrində 7 minədək sahibkarın iştirakı ilə təşkil edilmiş 34 tədbirdə güzəştli kreditlərin verilməsi ilə yanaşı, maarifləndirici treninqlər, nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Ümumilikdə SKMF-ın fəaliyyəti dövründə 12,5 mindən çox sahibkara 720 mln. manatadək güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin icrası 95 min yeni iş yerinin açılmasına imkan yaradır.

Qeyd edək ki, 2012-ci ildə SKMF sahibkarlara investisiya layihələrinin maliyyələşdirilməsi üçün 200 mln. manat güzəştli kreditlər verəcək. Vəsaitin 90 mln. manatı dövlət büdcəsindən, 110 mln. manatı isə geri qaytarılan vəsaitlər hesabına təmin olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR