® Məktəblilər “Jalə”nin qonağı oldular
Dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində Azərbaycanın təbiətini, flora və faunasını qorumaq, mühafizə etmək, qiymətləndirmək sahəsində də xeyli işlər görülüb. Doğma yurdumuzun ayrı-ayrı guşələri özünəməxsus spesifik xüsusiyyətləri nəzərə alınmaqla cənnətə çevrilməkdədir. Belə bölgələrimizdən biri də Qəbələ rayonudur. Son illər buradakı abadlıq işləri, yeni-yeni istehsal sahələrinin fəaliyyəti nəzər-diqqəti cəlb edir.
Bu günlərdə Sumqayıt şəhərindəki “Təfəkkür” liseyinin şagirdləri Qəbələ konserv zavoduna ekskursiya etdilər. Artıq beş ildir ki, bu müəssisə fəaliyyət göstərir. “Gilan Holdinq”in təşəbbüsü ilə məktəblilərin səyahəti də baş tutub. Bakıdan Qəbələyə qədər uzanan yol uşaqlar üçün çox maraqlı oldu. “Gilan Holdinq - Jalə”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamilla Abdullayeva şagirdləri zavodun yaranma tarixi ilə tanış etdi. Qəbələ konserv zavodu 2005-ci ildən tikilməyə başlayıb və 2007-ci ilin mayın 2-dən fəaliyyətdədir. Zavod 12 ha-dan çox ərazini əhatə edir. Burada buraxılan “Jalə” şirələri qısa bir müddətdə Azərbaycan bazarında özünə yer tapa bilib. Zavodun bütün avadanlıqları İtaliya və İsveçrədə hazırlanıb. Burada azərbaycanlılarla yanaşı, Türkiyə və Rusiyadan gəlmiş mütəxəssislər də çalışırlar. Müəssisədə istehsal olunan təbii şirələr müxtəlif mürəbbə və cemlər, marinadlar, pürelər dünyanın 30 dövlətinə satılır. Rusiyadan, Ukraynadan, Belarusdan, Amerikadan, Qərbi Avropa ölkələrindən sifarişlər qəbul olunur. T.Abdullayeva onu da qeyd etdi ki, məhsulun daha keyfiyyətli olması üçün meyvə və tərəvəz yerli fermerlərdən alınır. Ölkəmizin digər bölgələri ilə də bu sahədə sıx əlaqə saxlanılır. Bu, həm də minlərlə insanın işlə təmin olunmasına da şərait yaradır. Azərbaycanın nemətlərini ,bu nemətlərdən alınan məhsulları dünya bazarında layiqincə nümayiş etdirmək Qəbələ konserv zavodunun əsas məqsədidir.
Şagirdlər bu məlumatları maraqla dinlədilər və konserv zavodunu gəzərək deyilənləri bir daha öz gözləri ilə gördülər. Konserv zavodunun kollektivi məktəbliləri səmimi qarşıladı, onlara müxtəlif meyvələrdən təbii şirələrin və digər məhsulların alınması prosesini mərhələlərlə əyani olaraq göstərdilər. Yeddi istehsal xətti ilə tanış olan uşaqlar şirələrin şüşə və Tetra Pak qablarda doldurulması əməliyyatını çox maraqla izlədilər. Meyvələrin qəbulu, yuyulması, təmizlənməsi, doğranılması, nəhəng sisternlərdə qarışdırılıb təbii şirəyə çevrilməsi, nəhayət, sonda ekoloji təmiz, müasir dizaynın tələblərinə cavab verə bilən formada qablaşdırılmış məhsulun alınması prosesini də izləyən şagirdlər bu ekskursiyadan məmnun qaldılar. Nəhəng meyvə soyuducusu ilə tanış olarkən uşaqlar bir daha doğma yurdumuzun necə nemətlər yetişdirdiyinin şahidi oldular. Buradakı meyvələrin ətri, xüsusilə də heyvanın ətri yəqin ki, onların yadında uzun müddət qalacaq. Zavodda fəaliyyət göstərən kağız və karton sexi hazır məhsulların yüksək keyfiyyətdə qablaşdırılmasına imkan verir. Eyni zamanda məhsulun keyfiyyətini yoxlamaq üçün müəssisədə həm də laboratoriya var. Məhsulun qəbulundan ta qablaşdırılmaya qədər olan proseslərin yeni, müasir texnologiyaya cavab verən avadanlıqlarla aparılması, hər yerdə səliqə-sahmanın hökm sürməsi, müəssisədə işgüzar ab-havanın hiss olunmasının nəticəsidir ki, Qəbələ konserv zavodunun məhsulları geniş şöhrət tapa bilib. “Jalə”, “Bağdan”, ”Aycan”, ”Zolotoy sad”, “Natura” təbii şirələri bu zavodun məhsullarıdır.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, “Natura” təbii şirəsi mükafatlandırılaraq 2011-ci ilin brendi seçilib. Bu il noyabrın 17-də Qəbələdə “Gilan Holdinq”ə məxsus limonad zavodu da işə salınıb. Çox maraqlı gəzintidən sonra məktəblilər “Qafqaz Riverside Hotel”də furşetə dəvət olunublar. “Qəbələnd” Əyləncə Mərkəzinə maraqlı səyahətdən sonra liseyin müəllim və şagird kollektivi yüksək səviyyədə təşkil olunmuş ekskursiyaya görə müəssisə rəhbərliyinə və kollektivinə dərin təşəkkür edib, gələcək işlərində onlara müvəffəqiyyətlər arzulayıblar.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabahın havası açıqlanıb
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO