Bank Of Baku

Azərbaycanda vergi ödəyicilərinin sayı 420 mini keçib

Azərbaycanda vergi ödəyicilərinin sayı 420 mini keçib
# 13 yanvar 2012 07:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən 2011-ci ildə dövlət büdcəsinə həyata keçirilən vergi daxilolmalarının həcmi 5 475,1 mln. manat təşkil edib. Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, daxilolmaların 39%-i mənfəət vergisi, 25,4%-i əlavə dəyər vergisi, 13,1%-i fiziki şəxslərin gəlir vergisi, 7,6%-i aksizlər, 14,9%-i isə digər vergilərin payına düşüb.

Qeyri-neft sektoru üzrə büdcəyə 2 873,9 mln. manat vəsait daxil olub ki, bu da əvvəlki ilə nisbətən 22% çoxdur.

İl ərzində respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 67 376 olub.

Xatırladaq ki, ötən il iyul ayının 1-dən etibarən fiziki şəxslərin elektron qaydada qeydiyyatına başlanılıb və ilin sonunadək 10 075 nəfər bu xidmətdən istifadə edərək qeydiyyata alınıb. Nəticədə, 2012-ci il yanvarın 1-i vəziyyətinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 420 380-ə çatıb.

Hesabat ili ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,5% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR