Bank Of Baku

İrandan Azərbaycana ixrac olunan qeyri-neft məhsullarının həcmi artıb

İrandan Azərbaycana ixrac olunan qeyri-neft məhsullarının həcmi artıb
# 13 yanvar 2012 07:47 (UTC +04:00)
Bakı - APA-Economics. Son 9 ay ərzində İrandan Azərbaycana ixrac olunan qeyri-neft məhsullarının həcmi artaraq 337 mln. dollara çatıb. “APA-Economics”in xəbərinə görə, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ticarət attaşesi Seyyid Fərəc Şəhidi çərşənbə günü “İRNA”ya müsahibəsində bildirib.

Səfirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, Şəhidi İrandan Azərbaycana əsas ixrac malları sırasında sement, kaşı, keramika və şüşə məmulatları, kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən kartof, pomidor, xurma, meyvə və meyvə şirələri, qabyuyan toz, şokolad, sənaye yağları, sənaye və neft-kimya məhsullarını qeyd edib. Azərbaycandan İrana ixrac olunan əsas məhsullar isə taxta, dəmir və polad külçələri, profil, jmıx və kəpəkdən ibarət olub.

Şəhidinin sözlərinə görə, Azərbaycana ixrac olunan qeyri-neft məhsullarından əlavə sərhəd rayonlarının sakinləri tərəfindən aparılan xırda ticarətin də İranın Azərbaycan Respublikasına ümumi ixracatında payı var: “Statistik məlumatlara görə, son 9 ay ərzində Astara gömrüyü 21 mln. dollarlıq ixracatla birinci, Biləsuvar gömrüyü 4 mln. dollarlıq nəticə ilə ikinci, Culfa gömrüyü isə 1 mln. dollar ilə üçüncü yeri tutur”.

Qeyd edək ki, İrandan ixrac olunan qeyri-neft məhsullarının həcminin artdığı nəzərə alınaraq, Novruz bayramına qədər İrandan Azərbaycana ixracatın həcminin 450 mln. dollardan artıq olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR