Bank Of Baku

Pakistan prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıda biznes-forum keçiriləcək

Pakistan prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıda biznes-forum keçiriləcək
# 13 yanvar 2012 10:51 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Kəraçi şəhərində Pakistan Ticarət-Sənaye Palatasının prezidenti Mian Əbrar Əhmədlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın dünya ölkələri ilə ciddi viza rejimi var: “Lakin Pakistan və Türkiyə vətəndaşları üçün bizim viza siyasətimiz açıqdır. Palatanın tövsiyələri biznes vizalarının buraxılması üçün adekvat tələb kimi müzakirə ediləcək”.

D.Şikarov neft və qaz tədqiqatı sektorunda investisiyaların və Pakistana enerji ixracının mümkünlüyü barədə məlumat verib. O, həmçinin əczaçılıq və cərrahiyə məhsullarının istehsalı üzrə birgə müəssisələrin potensialını qeyd edib: “Pakistan manqo, xurma, meyvə kimi dəyərli kənd təsərrüfatı məhsullarını Azərbaycana ixrac edə bilər. Pakistanın Basmati düyüsünə Azərbaycanda böyük tələbat var”.

Azərbaycanın liberal investisiya siyasəti yürütdüyünü deyən səfir Pakistanın ölkəmizə investisiya yatıra biləcəyini söyləyib: “Azərbaycanın güclü sənayesi var”.

Pakistan Ticarət-Sənaye Palatasının prezidenti Azərbaycanlı biznesmenləri Pakistanda neft və qaz tədqiqatlarına investisiya yatırmağa, kənd təsərrüfatı məhsulları üzrə ticarət imkanlarını araşdırmağa dəvət edib: “Azərbaycan Pakistanın geostrateji mövqeyindən istifadə etməklə məhsullarını Kəraçinin limanları vasitəsilə müxtəlif ölkələrə ixrac edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR