Bank Of Baku

Çin İranla ticarət əlaqələrini kəsməyəcəyini açıqlayıb

Çin İranla ticarət əlaqələrini kəsməyəcəyini açıqlayıb
# 16 yanvar 2012 07:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Çin ABŞ-ın İranla ticarət əlaqələrini kəsməsi üçün bu ölkənin neft şirkətlərinə təzyiq göstərməsinə münasibət bildirib. APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyindən deyilib ki, İranla ticarət əlaqələri davam etdiriləcək. Xəbərdə rəsmi Pekinin Tehranla ticarət sahəsində əməkdaşlığının BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olmadığı, bu baxımdan əlaqələrin kəsilməyəcəyi qeyd olunub.

Qeyd edək ki, yanvarın 14-də ABŞ İranla ticarət əlaqələrinə görə Çinin «Zhuhai Zhenrong» Dövlət Korporasiyasına qarşı sanksiyalar tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR