Bank Of Baku

Azərbaycanda vergi borcları son bir ildə 20% azalıb

Azərbaycanda vergi borcları son bir ildə 20% azalıb
# 16 yanvar 2012 07:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi vergi borclarının yığılması ilə bağlı yeni üsullardan istifadə etmək niyyətindədir. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bir sıra inkişaf etmiş ölkələrin (Avstraliya, Kanada, ABŞ, İrlandiya) təcrübəsi göstərib ki, borclu vergi ödəyicilərinin məlumatlandırılması üçün borc barədə xatırlatma məktubları və SMS-lərin göndərilməsi, mütəmadi telefon zəngləri ilə yanaşı, başqa tədbirlər də effektiv olur. Bura vergi borclarının vergi ödəyiciləri ilə birgə araşdırılması və könüllü şəkildə, yəni məcburi tədbir görülmədən ödənilməsinin təşviqi üçün görüşlərin və söhbətlərin aparılması aiddir.

«Bunun səmərəli mexanizm olduğu nəzərə alınaraq, ötən ilin avqust ayından etibarən vergi borclarının dərhal ödənilməsi, yenidən borclanma riskinin aradan qaldırılması, borcların ödənilməməsi halında vergi orqanı tərəfindən görüləcək tədbirlər barədə vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə Azərbaycanın vergi xidmətində də bu sistemin tətbiqinə başlanılıb», - deyə Nazirlikdən bildirilib.

Bu tədbirlər çərçivəsində ötən ilin avqust ayından etibarən 25 289 borclu vergi ödəyicisi vergi orqanlarına dəvət olunaraq məlumatlandırılıb. Bu tədbirlər nəticəsində dəvət edilmiş vergi ödəyicilərinin 79,9%-i borclu olduğunu qəbul edərək, dövlət büdcəsinə 19 mln. manata yaxın vəsait ödəyib.

Ümumilikdə, ötən il vergi borclarının alınması strukturlarına operativ vergi nəzarəti keçirilməsi səlahiyyətlərinin verilməsi, əmlakın siyahıya alınmasının təkmilləşdirilməsi, yəni vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq satış üçün yararları olan və vergi ödəyicisinin birbaşa ticarət dövriyyəsində iştirak edən malların siyahıya alınması və icra məmurları ilə birgə işlərin təşkili nəticəsində vergi borclarının məbləği 2011-ci ilin yanvar ayı ilə müqayisədə 19,7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR