Bank Of Baku

Serbiyanın «BOMEX Holding» şirkəti Azərbaycan iqtisadiyyatına maraq göstərir

Serbiyanın «BOMEX Holding» şirkəti Azərbaycan iqtisadiyyatına maraq göstərir
# 16 yanvar 2012 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Serbiyanın «BOMEX Holding» şirkəti Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, «BOMEX Holding» müəssisəsi 1992-ci ildə yaradılıb və hazırda Serbiya, Makedoniya, Monteneqro, Xorvatiya, Rusiya və Türkiyədə fəaliyyət göstərir. Şirkət polad istehsalı, odadavamlı kütlələrin istehsalı, gəmiqayırma və tikinti üzrə ixtisaslaşıb. Hazırda şirkət ən çox tikinti və 10 min ton yükgötürmə qabiliyyəti olan gəmi istehsalı ilə məşğul olur. Şirkət Azərbaycan tərəfdaşları ilə balıqçı gəmilərinin (diri balıq) və ya balıq emalı gəmilərinin tikintisi üzrə əməkdaşlıq etməkdə maraqlıdır.

Bundan əlavə, tikinti fəaliyyəti ilə məşğul olan şirkət müxtəlif təyinatlı və ölçülü polad konstruksiyalar da istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR