Bank Of Baku

İranda “Barbi” kuklalarının satışı qadağan edilib

İranda “Barbi” kuklalarının satışı qadağan edilib
# 17 yanvar 2012 08:40 (UTC +04:00)
Bakı - APA-Economics. İranın əxlaq polisi “Barbi” kuklalarının satışını qadağan edib. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, oyuncaq mağazalarının sahiblərinə ABŞ-ın “Mattel” şirkətinin istehsalı olan kuklaları piştaxtadan yığışdırmaq göstərişi verilib.

Yerli hökumət bu tipli addımları Qərb mədəniyyətinin dərin təsirinə qarşı “yumşaq müharibə” adlandırır.

Qeyd edək ki, “Barbi” kuklaları 1996-cı ildə İslam mədəniyyətinə uyğun gəlməyən elan edilib, lakin indiyədək bu oyuncaqların satışı qadağan edilməyib. 2002-ci ildə isə İran özünün Sara (qadın) və Dara (kişi) adlı kuklalarının istehsalına başlasa da, bunlara tələbat istənilən səviyyədə olmayıb.

Qeyd edək ki, 1979-cu ildə baş verən islam İnqilabından sonra İranda Qərb mədəniyyətinə qarşı mübarizə aparılır. O vaxtdan ölkədə əcnəbi musiqi və sputnik televiziyaları qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR