Bank Of Baku

Azərbaycanda yeni müəssisələrin 62% paytaxtda yaradılıb

Azərbaycanda yeni müəssisələrin 62% paytaxtda yaradılıb
# 17 yanvar 2012 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, il ərzində qeydiyyata alınmış 5 137 hüquqi şəxsin 268-i dövlət mülkiyyətinə, 5-i bələdiyyə mülkiyyətinə, 4 298-i xüsusi mülkiyyətə mənsub olub. Onların 440-ı tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir.

«Yeni müəssisələrin 61,5%-i Bakıda, 10,3%-i Aran, 7,6%-i Abşeron, 5,3%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılıb», - deyə Komitədən bildirilib.

Ümumiyyətlə, keçən il ərzində 57 576 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR