Bank Of Baku

Cənubi Koreyanın iş adamları Sumqayıt Kimya Sənaye Parkına investisiya qoymaq istəyirlər

Cənubi Koreyanın iş adamları Sumqayıt Kimya Sənaye Parkına investisiya qoymaq istəyirlər
# 17 yanvar 2012 15:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ -nin “Azərikimya” İstehsalat Birliyində Cənubi Koreyanın “KOTRA” (Koreya Ticarət İnvestisiyalarının Təşviqi Agentliyi) və “KOPIA” (Koreya Sənaye Müəssisələri Birliyi) təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, birlik rəhbərliyi ilə görüş zamanı qonaqlar Cənubi Koreyalı iş adamlarının respublika iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən neft-kimya sənayesinə investisiya qoyulmasına, yeni inşa ediləcək müəssisələrin müasir texnoloji avadanlıqla təminatına maraq göstərdiklərini, yeni obyekt və qurğuların tikintisində iştirak etmək istədiklərini bildiriblər.

Koreyalı iş adamları Sumqayıt Kimya Sənaye Parkına da xüsusi maraq göstəriblər. Bildirilib ki, inşa ediləcək yeni Parkın geniş ərazisində onlarla özəl şirkət və birgə müəssisələrin yaradılması nəzərdə tutulub. Bu isə kiçik və orta biznesin inkişafında, məhsul istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. Qonaqlara bildirilib ki, Koreya şirkətləri həm investisiya qoyuluşu, həm ekoloji layihələri, modern və unikal qurğuları, həm də mütəxəssisləri ilə Sumqayıt Kimya Sənaye Parkı layihəsində yaxından iştirak edə bilərlər. İşgüzar görüşdə tərəflər səmərəli əməkdaşlıq imkanları haqda fikir mübadiləsi aparıb və gələcəkdə də bu müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR