Bank Of Baku

«AF-Mall»dakı sahibkarın əmlakı siyahıya alınıb

«AF-Mall»dakı sahibkarın əmlakı siyahıya alınıb
# 19 yanvar 2012 07:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi vergi borclarını ödəməyən sahibkarlara qarşı tədbirləri davam etdirir. Bakı şəhəri Vergilər Departamenti vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin əməkdaşları Bakının S.Vurğun küçəsində yerləşən «AF-Mall» ticarət mərkəzində Taleh Valeh oğlu Hacıyevin icarəyə götürdüyü 23 saylı mağazada və Binəqədi rayonu Natəvan (Biləcəri) qəsəbəsi,12 ünvanda yerləşən Təzəgül İbadulla qızı Həsənovaya məxsus «Səbuhi» mağazasında əmlakı siyahıya alıblar.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vergi əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində T.Hacıyevə məxsus mağazanın əsas borc 3 212,2 manat, faiz borcu 1 320,1 manat olmaqla cəmi 4 533 manat vergi borcunun olduğu müəyyənləşdirilib və sahibkara bu borcun ödənilməsinə dair son bildiriş göndərilib. Bundan sonra Vergi Məcəlləsinə uyğun olaraq mağazada 4 533 manat məbləğində əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.

Yanvar ayının 16-da vergi orqanları əməkdaşları tərəfindən mağazada nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 5 475 manat məbləğində Türkiyə istehsalı olan kişi kostyumları, pencəklər və ayaqqabılar müvafiq qaydada siyahıya alınıb.

Vergi əməkdaşları tərəfindən T.Həsənovaya məxsus «Səbuhi» mağazasında aparılmış səyyar vergi yoxlamaları nəticəsində əsas borc 2 567,9 manat, faiz borcu 781,8 manat olmaqla ümumi borcun 3 349,7 manat olduğu müəyyən edilib. Ötən ilin oktyabr ayında T.Həsənovaya vergi borcunun ödənilməsinə dair bildiriş göndərilib və həmin ay ona məxsus mağazada 3,3 min manat məbləğində əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.

Bu günlərdə vergi orqanları əməkdaşları tərəfindən mağazanın kassasındakı 1 700 manat məbləğində nağd pul vəsaiti aşkar olunaraq götürülüb və obyektdəki 2 508 manat dəyərində müxtəlif növ təsərrüfat malları, tütün məhsulları və spirtli içkilər siyahıya alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR