Bank Of Baku

“Kodak” şirkəti müflis olduğunu elan edib

“Kodak” şirkəti müflis olduğunu elan edib
# 19 yanvar 2012 09:57 (UTC +04:00)
Bakı - APA-ECONOMICS. Dünya şöhrətli “Kodak” şirkəti yaxın ABŞ-ın “Müflis olmaq haqqında” Kodeksinin 11-ci fəslinə (“Chapter 11”) uyğun olaraq kreditorlardan müdafiə haqqında ərizə verib.

APA-ECONOMICS”in “Reuters”’ istinadən xəbərinə görə, şirkət biznesini qorumaq məqsədilə “Citigroup”dan 18 ay müddətinə 950 mln. dollar kredit aldığını da açıqlayıb.

“Kodak”ın Direktorlar Şurasının nümayəndəsi Antonio Perez bildirib ki, müvəqqəti iflas şirkəti qorumaq və gəlirliliyini bərpa etmək üçün düzgün addım hesab edilib. “The Wall Street Journal”ın yazdığına görə, “Kodak” “Citigroup”dan aldığı krediti və digər borclarını bağlamaq üçün 1,1 min məhsula patentini satmaq niyyətindədir. Cümə günü Direktorlar Şurası şirkəti böhrandan çıxaracaq müvəqqəti idarəçinin namizədliyini müzakirə edəcək.

ABŞ qanunvericiliyinə əsasən, müflis olduğunu elan edən şirkət “Chapter 11”-in himayəsi altında fəaliyyət göstərə və müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilər.

Qeyd edək ki, 19 min nəfər əməkdaşı olan “Kodak” 1980-1990-cı illərdə fotoaparat və plyonka istehsalı sahəsində aparıcı şirkətlərdən biri olub. Hətta 1975-ci ildə ilk rəqəmli fotoaparatı da bu şirkət buraxıb, lakin bundan əhəmiyyətli dərəcədə gəlir əldə edə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR