Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi ötən il 10% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi ötən il 10% artıb
# 19 yanvar 2012 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2010-cu ilin səviyyəsini 9,9% üstələyərək 21,8 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində əmtəə dövriyyəsi 10,6%, pullu xidmətlərin həcmi isə 7,8% artıb.

«Pərakəndə ticarət və iaşə şəbəkələrində hər bir ölkə sakini hər ay orta hesabla 151,4 manatlıq və ya 2010-cu ildəkindən 23,8 manat çox pul vəsaiti xərcləyib. Xidmət sektorunun sabit və dinamik inkişafı nəticəsində il ərzində hər ölkə sakini hər ay orta hesabla 49,1 manatlıq və ya əvvəlki illə müqayisədə 5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR