Bank Of Baku

Bakıda “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda seminar keçirilib - FOTO

Bakıda “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda seminar keçirilib - <font color=red>FOTO</font>
# 23 yanvar 2012 09:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə Avropa Birliyinə üzv ölkələrdə daxili nəzarət və risklərin idarə olunması sahəsində mövcud qanunvericiliyin və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda seminar keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə 20-dən çox dövlət qurumunun nümayəndəsi və Avropa Birliyinə üzv ölkələrin (Fransa, Yunanıstan, İspaniya, Rumıniya) müvafiq sahədə ixtisaslaşmış ekspertləri iştirak edib.

Seminarda çıxış edən İİN-in Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən institusional, hüquqi və inzibati tədbirlər, müvafiq qanunvericilik aktları və Azərbaycanın bu sahədə qoşulduğu beynəlxalq konvensiyalar və təşkilatların tövsiyələri barədə məlumat verib. O qeyd edib ki, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» çərçivəsində İİN-də Daxili nəzarət şöbəsi yaradılıb və onun işinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı ərizə və şikayətlərə baxılması, məlumat azadlığından istifadə, dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydaları, nazirliyin qurumları tərəfindən göstərilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən rüsum, tarif və digər ödənişlər sistemi təkmilləşdirilib, bu sahədə şəffaflıq daha da artırılıb, elektron xidmətlərin göstərilməsinə hazırlıq işləri başa çatdırılıb, ictimaiyyətlə əlaqələr gücləndirilib: «Eyni zamanda nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet saytları, «195-2» Telefon Məlumat Mərkəzi yaradılıb, nazirliyin fəaliyyəti barədə illik hesabatlar hazırlanıb, Nazirliyin əməkdaşları üçün müvafiq mövzular üzrə təqdimatlar keçirilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir».

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayan A.Əliyev Avropa Komissiyasının TAIEX yardım aləti ilə yanaşı, SIGMA yardım aləti çərçivəsində də analoji tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Tədbir çərçivəsində Avropa Birliyi ölkələrindən dəvət olunmuş ekspertlərin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi dövlət orqanlarında daxili nəzarət strukturlarının işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə Avropa Birliyi ölkələrindəki mövcud normativ-hüquqi və təşkilati tənzimləmə, risklərin idarə olunması sistemi barədə məruzələri dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR