Bank Of Baku

Azərbaycanda hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatlara görə cərimələr müəyyənləşib

Azərbaycanda hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatlara görə cərimələr müəyyənləşib
# 23 yanvar 2012 11:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. «APA-Economics»in məlumatına görə, dəyişikliklər hüquqi şəxslərin qeydiyyatı zamanı dövlət orqanlarına yanlış məlumatların verilməsinə görə cərimələri müəyyənləşdirir.

Məcəlləyə əlavə edilən yeni maddəyə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycanda dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə fiziki şəxslər 700 manat miqdarında, hüquqi şəxslər 4000 manat miqdarda cərimə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR