® Bir qrup jurnalist “Gilan Holding”in Qəbələ Limonad və Konserv zavodlarında olub - FOTOSESSİYA
R.Nəcəf qonaqlara ilk olaraq meyvələrin saxlanılması üçün meyvə çeşidləmə və meyvə saxlama anbarı haqqında məlumat verib. Onun sözlərinə görə, soyuducu anbarda tətbiq olunan bütün avadanlıqlar İtaliyadan gətirilib: “Bu anbarda 8 soyuducu kamera mövcuddur ki, onların ümumi tutumu 5 min ton təşkil edir. Anbarların kameralarında bir çox meyvələr, o cümlədən alma, nar, heyva və digər meyvələr saxlanılır. Zavoda meyvə daxil olduqda ilk olaraq məhsullar İtaliya istehsalı olan meyvə çeşidləyən avadanlıqdan keçirilir. Bu avadanlıq meyvələri radiusuna, çəkisinə və rənginə görə ayırır».
R.Nəcəf bildirib ki, alma məhsulu ən çox Quba rayonundan və «Gilan Holding»in Qəbələ rayonu ərazində salınan alma bağlarından toplanılır. «Son 3-4 ay ərzində artıq soyuducu anbara 700 tona yaxın alma məhsulu yığılıb. Sentyabr ayından başlayaraq məhsullar anbara toplanılır və dekabr ayınadək məhsulların emalı və satışına başlanılır. Meyvələri sentyabr ayından başlayaraq soyuducu kameralarda maksimum iyun ayınadək saxlamaq mümkündür. Bu soyuducu kameralarda temperatur meyvələrin çeşidindən asılı olaraq 0-5 dərəcə arasında dəyişir», - deyə R.Nəcəf qeyd edib.
R.Nəcəf daha sonra qonaqlara Qəbələ Limonad Zavodunun istehsal gücü, həmçinin «Jalə» brendi altında istehsal olunan məhsullar haqqında geniş məlumat verib. Onun sözlərinə görə, zavodda saatda 6 min ədəd 1 və 2 litrlik limonad və digər sular istehsal olunur: «Hazırda zavodda 60-dan çox işçi çalışır ki, bu da iki sistemli iş rejiminə imkan verir. Gələcəkdə zavodda üç sistemli iş rejimi tətbiq edildikdən sonra işçilərin sayının 100-ə çatdırılması nəzərdə tutulub».
R.Nəcəf qeyd edib ki, zavod yaxın gələcəkdə 0,33 ml-lik qablarda su və limonad məhsullarının da istehsalına başlamaq niyyətindədir. Belə ki, qeyd olunan həcmdə qabların istehsalı üçün İtaliyadan xüsusi qəliblər də sifariş edilib. Qəliblər zavodun müvafiq avadanlığında təchiz edildikdən sonra su və limonad məhsullarının çeşidlərinin sayının artacağı gözlənilir. Müdir bildirib ki, bütün bu görülən işlərin əsas məqsədi «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq regionların inkişafının daha da sürətləndirməkdir.
Qəbələ Limonad Zavodu ilə tanışlıqdan sonra jurnalistlər özünəməxsus dadı ilə əhali arasında populyarlıq qazanan «Jalə», «Zolotoy Sad» və «Natura» şirələri istehsal edən Qəbələ Konserv Zavodunda olublar.
Zavodun texniki şöbə müdiri Həbib Şərifov jurnalistləri ilk olaraq zavodun ərazisində yerləşən hazır məhsul saxlanılması üçün istifadə olunan 5 min tonluq anbar bölməsi ilə tanış edib. H.Şərifovun sözlərinə görə, zavod 210 min ton meyvə şirəsi və 70 min ton meyvə püresi illik istehsal gücünə malikdir: «Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ Konserv Zavodu dünya standartlarına cavab verən məhsulları ilə tanınır. Zavod Avropada istehsal olunmuş ən müasir avadanlıqla təchiz olunub. Artıq bu gün zavodun istehsal etdiyi təbii meyvə şirələri, konsentrat və meyvə püreləri yalnız Azərbaycanda deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Baltikyanı ölkələrdə, həmçinin Amerika və Avropa dövlətlərində də satılır».
Müəssisə ilə bağlı məlumat verən H.Şərifov zavodun 3 hissədən - tetra pak dolum bölməsi, meyvə emalı və şüşə qablı meyvə şirələri bölməsindən ibarət olduğunu deyib. İsveçrə avadanlığı ilə təchiz olunmuş tetra pak dolum bölməsində 1 saata 7 700 ədəd kiçik həcmli tetra pak qablı şirələr istehsal olunur. Bundan başqa, 1 litrlik tetra pak məhsulların istehsal gücü 1 saata 5 500 ədəd, 1 litrlik prizma formalı tetra pak məhsullarının istehsal gücü isə 1 saata 7 ədəddən çox olur.
Jurnalistlər daha sonra zavodun meyvə emalı bölməsi ilə tanış olublar. Jurnalistləri bu bölmə ilə zavodun istehsal müdiri İxtiyar Əliyev tanış edib. İ.Əliyev meyvə emalı bölməsində alma, heyva, nar və digər məhsulların qəbul olunduğunu, həmçinin meyvələrin yuyularaq çeşidləndiyini, daha sonra isə emala və satışa göndərildiyini bildirib: «Bölmə sutkada 350 ton nar qəbul etmə imkanına malikdir. Artıq oktyabr ayından başlayaraq meyvə emalı bölməsinə indiyədək 12 min tona yaxın nar məhsulu qəbul olunub. Hazır nar şirələri ən çox ABŞ, Avstriya, Rusiya, Yeni Zelandiya və Baltikyanı ölkələrə ixrac olunur. Təkcə hər ay 7 min şüşə (1 litrlik) nar şirəsi ABŞ-dan, 32 min şüşə isə (1 litrlik) Baltikyanı ölkələrdən sifariş olunur».
Sonda zavodun şüşə qablı şirələr istehsal olunan bölməsinə baxış keçirilib. Bu bölmədə isə 1 saat ərzində 5 ədəd şüşə qablı şirələr istehsal olunduğu qeyd olunub.
Qeyd edək ki, Qəbələ Konserv Zavodunun təməli 2005-ci ildə qoyulub və 1 il ərzində tikinti işləri başa çatdırılıb.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabahın havası açıqlanıb
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO