Bank Of Baku

“McDonald’s”ın xalis mənfəəti ötən il 11% artıb

“McDonald’s”ın xalis mənfəəti ötən il 11% artıb
# 25 yanvar 2012 09:05 (UTC +04:00)
Bakı - APA-Economics. “McDonald’s Corp.” Restoranlar şəbəkəsinin xalis mənfəəti ötən il 11% və ya 0,5 mlrd. dollar artaraq 5,5 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, “McDonald’s”ın gəlirləri 2011-ci ildə 12% artaraq 27 mlrd. dollar olub.

Ötən ilin IV rübündə şirkətin mənfəəti 11% artaraq 1,38 mlrd. dollara, gəlirləri isə 10% artaraq 6,82 mlrd. dollara çatıb.

Qeyd edək ki, 1955-ci ildə yaradılan “McDonald’s Corp.”un ilk idarəçiləri Dik və Mak Makdonald qardaşları olub. Hazırda 100 ölkədə restoranları olan bu şəbəkə böyüklüyünə görə dünya birinciliyini bu yaxınlarda “Subway”ə güzəştə gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR