Bank Of Baku

Azərbaycan gömrükçüləri ötən il 245 cinayət faktı aşkar ediblər

Azərbaycan gömrükçüləri ötən il 245 cinayət faktı aşkar ediblər
# 25 yanvar 2012 10:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycanın gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 245 cinayət xarakterli hüquqpozma faktı qeydə alınıb. Bunun əksəriyyəti (138 fakt) narkotik qaçaqmalçılığı ilə bağlı olub. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: «Ötən il 227,5 kq narkotik maddə aşkar edilib».

Bundan başqa, 2011-ci ildə sənəd saxtakarlığı ilə qaçaqmalçılıq və mobil telefonların qanunsuz idxalı ilə bağlı qaçaqmalçılıq halları da artıb.

Gömrük Komitəsinin məlumatına görə, qeydə alınmış cinayət işləri üzrə 2 291,7 min manat dəyərində mal və əşyalar müsadirə edilərək 263 təqsirkar şəxs, o cümlədən 217 Azərbaycan vətəndaşı və 46 əcnəbi şəxs barəsində məsuliyyət tədbirləri görülüb.

Ümumilikdə ötən il 18 330 hüquqpozma faktı qeydə alınıb ki, bunların da 245-i cinayət xarakterli olub, 18 085-i inzibati xəta hallarıdır.

İnzibati xəta halları ilə bağlı 455 hüquqi, 17 594 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib. Həmin şəxslərə qarşı 1,418 mln. manat məbləğində cərimə tətbiq olunub, eləcə də 123,5 min manat dəyərində mallar müsadirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR