Bank Of Baku

Ötən il Azərbaycanda 70 gömrük əməkdaşı işdən azad edilib

Ötən il Azərbaycanda 70 gömrük əməkdaşı işdən azad edilib
# 25 yanvar 2012 11:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri çərçivəsində bir sıra gömrük əməkdaşları işdən azad edilib. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: «Təkcə 2011-ci ildə 70-dən artıq gömrük əməkdaşı işdən azad olunub və onların əksər hissəsi işdə yol verilən nöqsanlarla bağlıdır».

Onun sözlərinə görə, bəzi hallarda korrupsiya halları cinayət işi kimi araşdırılıb: «Hələ yanvar ayında gömrük xidmətinin əməkdaşları və iş adamlarından ibarət böyük bir mütəşəkkil qrup aşkar etmişdik. İş məhkəməyə gedib və onlar layiqli cəzalarını alıblar». Bundan başqa, bir neçə digər pozuntu faktları ilə bağla toplanmış sənədlər prokurorluğa təqdim olunub.

A.Əliyev qeyd edib ki, Komitə korrupsiya ilə bağlı mübarizəni bundan sonra da gücləndirmək niyyətindədir və bu sahədə yeni texnologiyalardan istifadə edəcək: «Sərhəddə və hər yerdə artıq video-müşahidə kameraları quraşdırılıb və bunlar təkcə işlərin tənzimlənməsi ilə bağlı deyil, eyni zamanda gömrük işində şəffaflığı təmin edir. Hər bir konkret fakt üzrə araşdırmalar aparılarkən biz bu kameralardan istifadə edirik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR